SON DƏQİQƏ

Sankt-Peterburq metrosunda partlayışla bağlı 8 nəfər saxlanılıb

Tarix:7-04-2017, 15:11

Sankt-Peterburq metrosunda törədilən partlayışla bağlı açılan cinayət işi üzrə 8 nəfər saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun bəyanatında bildirilir.

Məlumata görə, onlardan 6-sı Sankt-Peterburqda, 2-si isə Moskvada saxlanılıb.

Bildirilir ki, saxlanılan şəxslərin evlərinə baxış zamanı döyüş sursatları, odlu silah, həmçinin partlayıcı qurğular aşkar edilib.

Aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində biri azərbaycanlı olmaqla 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN