SON DƏQİQƏ

Ərdoğan Putini Əsəddən imtinaya çağırır

Tarix:10-04-2017, 11:17

Türkiyə prezidenti Ərdoğanın fikrincə, Rusiya Bəşər Əsəd rejimi ilə əlaqələri yenidən nəzərdən keçirməlidir. O, qeyd edib ki, Əsəd 4 apreldə İdlib əyalətində kimyəvi silahlardan istifadə etdiyinə görə Moskva ABŞ-ın Suriyadakı mövqeyinə dəstək verməlidir.

“Biz ümid edirik ki, bu, ABŞ-ın fəaliyyəti ilə məhdud qalmayacaq və Rusiya ABŞ-a qoşulacaq, ən azından Əsədi dəstəkləməyi kəsəcək”, – deyə Ərdoğan bəyan edib.

O, əlavə edib ki, Əsədə qeyd-şərtsiz dəstəyin mümkünsüzlüyü barədə Kremlin son açıqlamalarını alqışlayır.
“Gəlin bunu sürətləndirək. Gəlin Əsəd bəlasından xilas olaq”, – deyə Türkiyə prezidenti təklif edib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin əlində olan radar məlumatları birmənalı olaraq deməyə imkan verir ki, 70 nəfərdən çox adamın ölümü ilə nəticələnən kimyəvi hücumuƏSƏDİN HÖKUMƏT GÜCLƏRİ həyata keçirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN