SON DƏQİQƏ

Rusların daha güclü bombası var

Tarix:15-04-2017, 09:27

Rusiyanın “bütün bombaların atası” (FOAB – father of all bombs) adlı bombası ABŞ-ın “bütün bombaların anası” (mother of all bombs – MOAB) adlanan bombasından bir neçə dəfə güclüdür.

Reuters-in məlumatına görə,  Rusiyaya məxsus bomba “MOAB”dan 4 dəfə güclüdür.

Gücdən əlavə, “bütün bombaların atası” fərqli silah növü, fuqas bombasıdır.

“FOAB”-ın təsir radiusu 300 metr, gücü isə 44 ton trotil ekvivalentidir.

Xatırladaq ki, aprelin 13-də ABŞ ilk dəfə olaraq Əfqanistanda “MOAB”dan istifadə edib. ABŞ hərbçiləri bu bomba ilə İŞİD terrorçularının istifadə etdiyi tuneli dağıtmağı qarşılarına məqsəd qoyub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN