ABŞ prezidenti Donald Tramp mayın 3-də Fələstin lideri Mahmud Abbasla görüşəcək. Ağ Evin sözçüsü Şon Spayser bildirib ki, görüş Vaşinqtonda baş tutacaq və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Spayser qeyd edib ki, görüşdə İsrail-Fələstin münaqişəsi ilə də bağlı fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, Trampla Abbas arasında bu ilin martında baş tutan telefon söhbətində də tərəflər məlum münaqişəni müzakirə etmişdilər.