SON DƏQİQƏ

Almaniyadakı Ərdoğan tərəfdarlarına təhdid məktubları

Tarix:22-04-2017, 22:55

Almaniyanın Brühi şəhərində yaşayan türklərin evlərinə  atılan təhdid məktubları böyük hay-küyə səbəb olub.

Burada bir çox evə göndərilən hədələyici məktublarda prezident Rəcəb Tayyib Ərdoğanın “nasizm dövründəkinə bənzər tətbiqlər” sözlərinə istinad olunaraq, onun müdafiəçilərinə “ölkəni tərk edin” xəbərdarlığı edilib.

“Almaniyadakı Ərdoğanı sevənlər” sözləri ilə başlayan məktubda belə deyilir:
“Biz Almaniyada yaşayan Ərdoğan tərəfdarları üzündən narahatıq. İnancları da bizdən fərqləndiyinə görə, onların bizimlə yaşaması davam edə bilməz. Ailələrinizi də götürüb ölkəmizi tərk etmənizi istəyirik.  Sizin dövlət başçınızın böyük planları var. Həm ona, həm özünüzə edəcəyiniz yaxşılıq bu ölkəni tərk etməkdir.”

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN