Türkiyədə internet şəbəkəsində ən böyük ensiklopediya olan Vikipediyaya giriş bağlanılıb. Bu gün səhər saatlarından Türkiyə ərazisindən saytda daxil olmaq mümkün olmayıb. Məlum olub ki, artıq bir müddətdir ki, səahiyyətli şəxslər Vikipediya saytı ilə yazışmalar apararaq, saytın bəzi səhifələrində Türkiyədə baş verən terror hadisələrinə dəstək verilməsi və ölkəni terrorçu bir təşkilat kimi nümayiş etdirən yazıların yığşdırılması ilə bağlı danışıqlar gedirmiş. Amma Vikipediya bu müraciətlərdən heç birinə cavab verməyib.
Türkiyə höküməti saytdan beynəlxalq hüquq normalarına və məhkəmə qərarlarına riayət edilməsini tələb edir.
Əgər bu tələblər yerinə yetirilsə, Vikipediyanın Türkiyə ərazisində fəaliyyətinə icazə veriləcək.