«Aeroflot» aviakompaniyasının Moskvadan Bankoka yol almış təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində azı 20 nəfər zərər çəkib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RF-nın Tailanddakı səfirliyinin nümayəndəsi Vladimir Sosnov TASS-a bildirib.
«Zərəçəkənlərdə çoxlu çoxsaylı sınıqlar var. Onların arasında Rusiya vətəndaşları və xaricilər var», - deyə diplomat bildirib. Onun sözlərinə görə, xəsarət alanlar təhlükəsizlik kəmərini bağlamayanlardır.
Rusiyanın Taylanddakı səfiri Kirill Barskiy zərərçəkənlərdən 2-nin əməliyyatda olduğunu deyib: «Ən çox təyyarənin quyruq hissəsində olan sərnişinlər xəsarət alıb».