Əfqanıstanın şərqində Nanqarhar əyalətində ABŞ PUA-sının aviazərbələri nəticəsində İŞİD terror qruplaşmasının azı 8 terrorçusu məhv edilib. Sonxəbərlər internet qəzeti TASS-a istinadla məlumatına görə, bu barədə Sinhua agentliyi xəbər verib.
«Aviazərbələr Şaparhar rayonunun Mano ərazisində yerli vaxtla 02:00 radələrində həyata keçirib. Hücum nəticəsində terrorçuların avtomobili də məhv edilib», - deyə hökumətin bəyanatında bildirilir.
Əməliyyatın digər təfərrüatları barədə hələ ki, bildirilmir.