SON DƏQİQƏ

FTB əməkdaşı İŞİD terrorçusu ilə evlənibmiş - FOTO

Tarix:2-05-2017, 10:17

 

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) qadın əməkdaşı Daniel Qrin 2014-cü ildə gizlicə Suriyaya gedərək İŞİD terror təşkilatının yaraqlısı Denis Kaspertlə evlənib. Bu barədə "CNN İnternational" məlumat yayıb.

FTB və İŞİD cütlüyü Suriyada bir müddət evlilik həyatı yaşasa da, sonradan Daniel Qrin Amerikaya qayıdıb. ABŞ-a qayıtdıqdan sonra məhkəmə qarşısına çıxan FTB əməkdaşına cəmi iki il həbs cəzası verilib.

Qeyd edək ki, Daniel Qrin İŞİD terrorçusu ilə evlənməmişdən öncə Federal Təhqiqatlar Bürosunda gizli sənədlərə çıxışı olan əməkdaş idi. Onun terrorçu ilə evlənməsindən sonra az müddətə həbs edilməsi böyük müzakirələrə səbəb olub.

Fordham Universiteti ötən gün dərc etdiyi hesabatda göstərib ki, "İŞİD" iddialarında mühakimə olunan amerikalılar orta hesabla 13,5 il həbsə məhkum edilir.

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN