ABŞ Dövlət Departamenti Ukrayna polisi üçün təchizatlar alır. Sonxəbərlər info-nun Life.ru-ya istinadla məlumatına görə, bu barədə ABŞ Dövlət satınalmaları hökumət portalı xəbər yayıb. Ümumilikdə Dövlət Departamenti Ukrayna polislərinə sifarişin üzərində qeyd edildiyi kimi, «Otellərin və çoxmənzilli binaların giriş qapılarını dağıtmaq üçün» avadanlıqlar göndərəcək.
Müqavilədə həmçinin vurğulanır ki, Dövlət Departamenti Ukrayna Milli Polisinə onların funksional səlahiyyətlərini möhkəmlətməklə dəstək göstərməyə çalışır. O da bildirilir ki, qapının sındırılması üçün alınan avadanlıqlar yüksək dərəcəli risqli əməliyyatlar üçündür.
Taktiki dəstin içinə mexaniki mişarlar, hidrovlik kəlbətinlər və qayçılar, şlanqlar, həmçinin 10,2 tonn dartınma gücünə malik hidravlik silindirlər daxildir, onların hamısı qapıların sındırılması üçün təyin olunub.