Çinin Şimali Koreya ilə sərhəddə yerləşən Dandun şəhərinə əmr verilib ki, təcili koreya dili üçün tərcüməçi yığılsın. Sonxəbərlər.info-nun Daily Express-ə istinadla verdiyi məlumata görə, fərmanlar Çinin nüvə müharibəsinə hazırlaşdığı yönündə bəyanatın fonunda verilib.
Nəşrin məlumatına görə, şəhər hökumətinə sərhədlərin mühafizəsi, ictimai təhlükəsizlik və ticarət mərkəzləri ilə əlaqəli onlarla müxtəlif şöbə üçün çin-koreya dilini bilən tərcüməçiləri toplamaq tapşırılıb.
Dandunun Şimali Koreya iqtisadiyyatı üçün böyük əhəmiyyəti var, çünki malların əksəriyyət məhz ordan keçir.