Suriya silahlı müxalifəti Astana danışıqlarında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəliblər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.
«Nümayəndələrə Məhəmməd Allyuş rəhbərlik edir», deyə Jaynakov əlavə edib.
Qeyd edək ki, Suriyada sülhün təminatçısı ollan Rusiya, İran və Türkiyə bu gün Astanada görüş keçirəcək. Sonuncu dəfə belə formatda müzakirələr aprelin 18-19-da Tehranda olmuşdu.
«Müzakirələr zamanı atəşkəs rejiminin təsdiqlənməsini gözləyirik», - deyə Suriyanın müxalif Danışıqlar üzrə Ali Komitəsinin müşaviri Yəhya əl Aridi bildirib.