Sonxeberler.info-nun verdiyi məlumata görə, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə Angela Merkelin görüşü baş tutacaq. Almaniya kansleri son 2 ildə ilk dəfə Rusiyaya səfər edəcək. İki raunddan ibarət danışıqla və mətbuatla görüş bir gün ərzində baş tutacaq.
Almaniya hökumətnin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, Merkelin Rusiyaya səfəri iyulda Hamburqda keçiriləcək “Böyük iyirmiliyin” sammitinə hazırlıqla əlaqədardır. Görüşdə ölkə başçıları qarşıdakı sammiti ilə əlaqədar fikir mübadiləsi aparacaqlar.
Kremlin Mətuat Xidməti öz növbəsində ötən həftə bəyan etmişdi ki, Putin və Merkelin əsasən beynəlxalq problemləri, o cümlədən terrorizmlə mübarihzə, Yaxın Şərqdəki vəziyyət və Minsk danışıqlarının reallaşması olacaq.