Somalinin Hesablama Palatasının mühafizəçiləri İctimai işlər və Ölkənin Rekonstruksiyası nazirini güllələyiblər. Hadisə Somalinin paytaxtı Moqadişuda baş verib. Mühafizəçilər Prezident Sarayanının yaxınlığında nazirin olduğu avtomobilə atəş açıblar. SonXəbərlər-in Röyters-ə istinadla verdiyi məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşları naziri səhvən terrorçu ilə qarışıq salaraq vurublar.
Meriyanın nümayəndəsi Abdifat Ömər Heleyn (Abdifatah Omar Halane) də nazirin səhvən öldürüldüyünü bildirib.
Qeyd edək ki, Somalidə «Əş-Şəbab» terror təşkilatı fəaliyyət göstərir.