SON DƏQİQƏ

Yəməndə nadir mumiya kolleksiyası itmə təhlükəsi ilə üzləşib FOTO

Tarix:4-05-2017, 12:09

Yəməndə aşkarlanan nadir insan mumiyası kolleksiyası ölkədə 3 ildir davam edən müharibəyə görə itmə təhlükəsi altındadır. Elektrik verilişinin tez-tez kəsilməsi və ekspanatların saxlanılması üçün vacib kimyəvi maddələrin olmaması nəticəsində «ərəb mumiyalar» çürüməyə başlayıb.

 

«Bizə sanitar işlər üçün hər 6 aydan bir kimyəvi maddələr lazımdır, lakin  indiki siyasi vəziyyətdə bu mümkün deyil».

 

 

Yəmən ərazisində  ilk dəfə mumiyaların varlığı mövcudluğu haqqında XX əsrin ortalarında məlum olub. ABŞ-dan olan  arxeoloji ekspedisiyanın  rəhbəri  Vindol Fils Marib əyalətində mumiyalanmış cəsədin qalıqlarını aşkarlamışdı.

 

 

1983-cü ildə isə Sana əyalətində Şebam əl-Heras ərazisində  araşdırmaçılar 26 mumiya aşkarlamışdı. Onlardan bir nümunə tam qorunmuşdu.

 

 

1990-cı ildə daha bir neçə belə mumiya tapılandan sonra  Yəmən hökuməti  mumiyalara həsr olunmuş  xüsusi muzeyin yaradılmasına qərar verir. XXI əsrdə artıq yeni muzeylərin qapıları insanların üzünə açılmalı idi, lakin bir sıra səbəblərdən bu baş vemir.

 

 

Mumiyaların 2,5 min ildən artıq yaşı olduğu düşünülür. Mütəxəssislər hesab edirlər ki, tapılan mumiyalar  Ərəb yarımadasının insanların yüksək inkişaf etmiş olublar: onlar balzamlanmış eksponatların bu günə qədər  saxlamağa imkan verən  tibbi metodikanı və texnikanı bilirmişlər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN