Mosulun azadlığı uğrunda İraq Silalı Qüvvələri İŞİD-ə qarşı yeni cəbhə açıb. SonXəbərlərin verdiyi məlumata görə, bu barədə Röyters İraq komandirlərindən birinə istinadla xəbər yayıb. Onun məlumatına görə, təhlükəsizlik qüvvələri şimal-şərqindən Mosulun terrorçuların nəzarətində olan hissəsinə hücuma başlayıb.
Qeyd edək ki, Mosulun azadlığı uğrunda əməliyyat ötən ilin oktyabrın 17-də başlayıb. Yanvarın sonunda komandanlıq Şərqi Mosulda nəzarəti tam bərpa etmək barədə elan edib. Fevralın 19-da baş nazir Heydər əl-Abadi qərb məhəllələrindən terrorçuların sıxışdırılması barədə yeni fərman verdi.