SON DƏQİQƏ

İraqı viran qoyan Bleyr siyasətə qayıdır...

Tarix:4-05-2017, 13:46

İngiltərənin ABŞ-ın İraq işğalına qoşulmasına yol açan keçmiş baş nazir Toni Bleyr aradan 10 il keçməsinə baxmayaraq, siyasətə qayıtmaq qərarı verdiyini açıqlayıb. Bleyr üzərinə götürəcəyi tol barədə əlavə məlumat verməyib.

 

SonXəbərlər-in məlumatına görə, Britaniyanın keçmiş baş naziri Toni Bleyr İşçi Partiyasının lideri olduğu 1997-ci ildə qazandığı seçki qələbəsinin 20-ci ilində "The Mirror" qəzetinə açıqlmasında yenidən fəal siyasətə qayıdacağını söyləyib. Belə bir qərar verməsinə Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq (Brexit) prosesinin təsir göstərdiyini deyən Bleyr, "Brexit, siyasətə daha çox daxil olmağım üçün bilavasitə motivasiya qaynağı oldu. Əlinizi çirkləndirməniz lazımdır, mən də elə edəcəyəm", - deyib.

 

Digər tərəfdən, Brexit müqaviləsinin detallarının gizli saxlanıldığını qeyd edən və mühafizəkarları, nəticə nə olursa olsun, İngiltərəni Aİ-dən çıxarmağa qərarlı olmaqda günahlandıran Bleyrin, siyasətə marağının yeganə səbəbi Brexit deyil. O, "dəyişikliklə tanınan dünyada yaşayırıq", - deyə bildirib.

 

"Siyasət müzakirələrinin formalaşdırılmasında aktiv rol alacağam, bu da ölkədə eşidilmək və yenidən əlaqə qurmaqdır", - deyən Bleyr, aktiv siyasətdən uzaqlaşdığı gündən bu yana çox şeyin dəyişdiyini də qəbul etdiyini söyləyib.

 

Bleyr siyasətə qayıtmaqda məqsədinin parlament üçün yarışmaq olmadığını bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN