SON DƏQİQƏ

Əfqanıstan prezidenti Əşrəf Qani Pakistana səfər dəvətini rədd edib

Tarix:4-05-2017, 14:34

SonXəbərlərin verdiyi məlumata görə, Əfqanıstan prezidenti  Əşrəf Qani Pakistana səfər dəvətini rədd edib.

 

«İslamabad  Məzari-Şərifdə, Kabil və Qəndəharda  Amerika Universitetdə terrorun icraçısını  verməyənəqədər mən Pakistana  getməyəcəm», - deyə Qani bildirib .

 

Kabildə Pakistan nümayəndəliyi ilə görüşdə  Əfqanıstan rəhbəri  qarşı tərəfdən «Taliban»a qarşı konkret tədbirlər tələb edib.

 

Pakistanın mülki rəhbərliyindən və hərbi komandanlığından hələ ki, heç bir  şərh verilməyib.

 

İslamabad həmçinin Pakistanda baş verən terror aktlarının məhz Əfqanıstanda hazırlanmasında ittiham edir. Söhbət əsasən  fevralın 16-da Sind əyalətində  Sehvan şəhərində sufi məscidində 88 nəfərin ölümü 300 –ə qədər insanın yaralanması ilə nəticələnən  terror aktından gedir. Terror aktında məsuliyyəti «Camaat ul Əhrar» öz üzərinə götürmüşdü.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN