SonXəbərlərin verdiyi məlumata görə, bu gün Cənubi Koreyada minlərlə seçki məntəqəsinin qapıları seçicilərin üzünə açılıb. Əslində seçkilər üçün rəsmi gün mayın 9-na təyin olunub, lakin Koreya Respublikasının vətəndaşları öz fikirlərini bu gündən ifadə edə bilərlər.
Növbədənkənar seçkilərin ilk günündə təqribən 5 milyon insan artıq səs verib. Bu, 11,7 faiz seçici deməkdir. Buna bir tərəfdən rahat seçki sistemi səbəb olubsa – üzərində olan şəxsiyyət vəsqəsi ilə istədiyin yerdə səs verə bilərsən, digər tərəfdən cari seçki prosesinin qeyri-adi xüsusiyyətidir.
Xatırladaq ki, ölkədə növbədən kənar seçkilər sabiq prezident Pak Kın Henin Konstitusiya Məhkəməsinin hökmü ilə vəzifədən uzaqlaşdırılması ilə əlaqədar keçirilir. Bu qərar ölkədə 80 faiz sakinlərin dəstəyini qazanıb.