Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (SENTKOM) nümayəndələri etiraf ediblər ki, ABŞ aviasiyası martın 16-da Suriyanın Əl-Cinah kəndində olan məscidə avizərbələr endirib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər verib.
Mənbənin məlumatına görə, SENTKOM-un həyata keçirdiyi istintaq nəticəsində bu bəlli olub. Onun operativ məsuliyyət sferasında ilk növbədə Yaxın Şərq daxildir . KİV-də yayılan məlumata görə, bu hücum nəticəsində onlarla dinc sakin həlak olmuşdu.

Pentaqon insanların öldüyünü və məsciin dağılmasını inkar ediri. Onların sözlərinə görə, hücum yaxınlığında olan binaya olub, hansı ki, orda «Əl-Qaidə» terror şəbəkəsinin terrorçuları yerləşibmiş.

CNN vurğulayır ki, amerikalı hərbçilərə dini məqsədlər üçün istifadə olunan binalara hücum keçirmək qadağandır. Bu xəstəxana və məktəblərə də aiddir. Bu məhdudiyyət o halda götürülür ki, həmin müəssisələrdə ancaq terrorçular var, dinc sakinlər yoxdur.