SON DƏQİQƏ

Səudiyyə BMT-nin qadın hüquqları üzrə komissiyasına necə daxil olub?

Tarix:5-05-2017, 11:50

SonXəbərlər-in verdiyi məlumata görə, öz patriarxal ənənələri və zərif cinsin nümayəndələrinə qarşı mühafizəkar münasibəti ilə tanınan Səudiyyə Ərəbistanı ötən ay BMT-nin qadın hüquqları üzrə komissiyasının üzvü seçilib. 22 ölkədən 15-nin dəstəyini qazanan rəsmi Ər-Riyadın komisiyada yer alması dünya ictimnaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının BMT-nin qadın hüquqları üzrə komissiyasına daxil olmasına əsas səbəb kimi siyasi motivlər göstərilir. Sadə qadın hüquqlarının belə təmin olunmadığı bir ölkənin nüfuzlu təşkilatda qadın hüquqları komisiyasında yer alması ABŞ və Qərb ölkələrinin ər-Riyadla sıx əlaqələrinin nəticəsi kimi qiymətləndirilir. Bundan əlavə Səudiyyə Ərəbistanının nüfuzlu qurumda komissiyaya daxil olmaq üçün milyonlarla pul xərcələməsi də əsas səbəblərdən biridir. Dünyada müşahidə olunan maliyyə böhranı fonunda külli miqdarda pul bu zövdələşmənin baş tutumasını reallaşdırıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN