SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ dövlət katibi Reks Tillerson etiraf edib ki, Vaşinqton bəzi ölkələrlə münasibətlərdə insan hüquqları məsələsini nəzərə almır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Reks Tillerson şənbə günü "İlk öncə Amerika" adlı tədbirdə Dövlət Departamentinin əməkdaşları qarşısında çıxışında bildirib ki, əgər ağır şərtlər mövcud olarsa və belə bir durumda digər addımların atılması zərurəti yaranarsa, Amerikanın təhlükəsizlik və iqtisadi maraqları əsas götürüləcək.
"Assoşieyted Press" agentliyi xəbər verir ki, Reks Tillerson ABŞ Dövlət Departamentinin büdcəsinin dörddə birni azaltmaq və 2300 işçini isə ixtisara salmaq niyyətindədir.