Avropa Komissiyasının sədri Jan-Klod Yunker Cenevrədə keçirilən sammitə içkili vəziyyətdə gəlib. SonXəbərlər-in məlumatına görə, bu barədə "The Sun" nəşri yazıb.
Nəşrin yazdığına görə, Yunker özünü qeyri-etik aparırmış və ayaq üstə güclə dururmuş. Bundan başqa, o tez-tez mebellərlə və insanlarla toqquşurmuş. Həmçinin öz kiçik köməkçiləri ilə mehribancasına görüşürmüş.
Beynəlxalq liderlər 1974-cü ildə türklər və yunanlar arasında bölünmüş Kiprin məsələsini müzakirə etmək üçün toplaşıblar, amma sammitin əsas mövzusu məhz Yunkerin davranışları olub.
Qeyd edək ki, Komissiyanın sədri ilk dəfə deyil ki, içkinin miqdarını keçərək belə vəziyyətə düşüb. İki il əvvəl də onun görüşərkən siyasətçiləri öpməsi, onlarla zarafatlaşmasını özündə əks etdirən görüntülər yayılmışdı.