Sonxeberler.info-nun verdiyi məlumata görə, Fransada prezident seçkilərinin ikinci turunda 66,06 faiz səs toplayan Emmanuel Makron qalib gəlib. Bu barədə ictimaiyyətə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Emmanuel Makron 20,7 milyon seçicinin səsini toplamağı bacarıb.
Qeyd edək ki, rəqibi "Milli cəbhə"nin lideri Marin Le Pen isə yalnız 33,94 faiz səs (10,6 milyondan çox seçici) toplaya bilib. Ümumi fəallıq prezident seçkilərinin ikinci turunda 74,62 faiz təşkil edib.