İŞİD terror qruplaşmasının Əfqanıstandakı lideri Əbdül Hasib məhv edilib. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə Röyters İslam Respublikası prezidenti Əşrəf Qaninin dəftərxanasına istinadla xəbər verib.
Səhra komandiri Əfqanıstan xüsusi təyinatlılarının ölkənin şərqində Nanqarhar əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.

Əbdül Hasib
«Biz təsdiqləyirik ki, aprelin 27-də Nanqardahrda Əfqan-amerika birgə əməliyyatı nəticəsində İŞİD-in Əfqanıstandakı əmiri şeyx Əbdül Hasib öldürülüb», - deyə Pentaqonun Mətbuat Xidməti bəyanat yayıb.
Əbdül Hasib 2016-cı ildən, ekstremistlərin sabiq lideri Hafiz Seyid Xanın amerika pilotsuzunun köməyi ilə məhv edilməsindən sonra İŞİD-in Əfqanıstan filialına rəhbərliyə başlamışdı.

Hafiz Seyid Xan