Sonxeberler.info-nun TASS-a istinadla verdiyi məlumata görə, Koreya Respublikasının Silahlı Qüvvələri mayın 9-da keçiriləcək prezient seçkiləri ilə əlaqədar yüksək döyüş hazırlığına gətirilib. Milli Müdafiə Nazirliyinin nümayəndəsi Mun San Gün bunu Şimali Koreya tərəfindən ehtimal olunan hərbi provokasiyalarla əlaqələndirib.
Onun sözlərinə görə, KXDR bu müddətdə ballistik raketlərin yeni sınağını, yaxud nüvə sınağı həyata keçirə bilər.
Qeyd edək ki, ötən ilin əvvəllərindən Pxenyan iki atom sınağı keçirmişdi və Soxe sınaq poliqonundan Yerin süni peyki – “Kvanmenson-4” oribitə çıxaran daşıyıcı-raket buraxılmışdı. 2016-cı ildə KXDR 20-dən artıq raket buraxılışı həyata keçirib.