SON DƏQİQƏ

FTB rəhbəri Tramp tərəfindən qovulma xəbərini oyun sandı

Tarix:10-05-2017, 10:00

ABŞ przidenti Donald Tramp Ədliyyə Nazirliyinin rəhbəri, Baş prokur Ceff Seşnsın tövsiyəsi ilə FTB-nin direktoru Ceyms Komini  qovub. Tramp Komini FTB-yə  effektiv rəhbərlik edə bilməməkdə ittiham edib.

 SonXəbərlər-in məlumatına görə bu barədə New York Times qəzeti xəbər yayıb. Bildirilir ki, bu xəbəri  Komi Los-Ancelesdə FTB əməkdaşları qarşısında çıxış edərkən, arxa planda televizordan eşidib. Buna cavab olaraq  Komi gülüb və deyib ki, çox gülməli oyun olduğunu düşünür. Bundan sonra  Kominin  köməkçiləri toplaşaraq, ondan toplantını dayandırmasını istəyiblər. Komi  FTB-nin Los-Ancelesdəki əməkdaşlarının əlini sıxaraq öz kabinetinə yollanıb. Burda da ona qovulduğu bildirilib.

Qəzet bildirir ki həmin vaxt  Komi hələ Vaşinqtondan rəsmi informasiya almayıbmış. Ancaq bir müddət keçdikdən sonra  Trampın məktubu  FTB-nin Mənzil Qərargahına çatdırılıb. Röytersin məlumatına görə, məktubu şəxsən prezidentin  köməkçisinin müavini, Kit Şiller çatdırıb.

Ağ Evini bununla bağlı yaydığı bəyanatda bildirilir ki, dərhal yeni direktor axtarışına başlanacaq.

Komi 2013-cü ildə Barak Obama tərəfindən 10 il müddətinə təyin olunmuşdu.

Komi Trampın Rusiya ilə ehtimal olunan əlaqələrini araşdırırdı. Qeyd edək ki, həm Ağ Ev, həm də Kreml bu iddianı rədd edir. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN