Protect Democracy Nəzarət Təşkilatı Suriyada Şayrat aerodromunu raket atəşinə tutduğu üçün ABŞ prezidenti Donald Trampın Administrasiyasını məhkəməyə verib. SonXəbərlər-in Gazeta-ya istinadla verdiyi məlumata görə, bu barədə The New York Times xəbər verib.
Bildirilir ki, sabiq prezident Barak Obama Administrasiyasına daxil olan vəkillər Tramp Administrasiyasının Suriyaya aviazərbələri barədə qərar verərkən nəyə əsaslandığını araşdırmaq məqsədi ilə iddia qaldırıblar.
«Hamımız razılaşmalıyıq ki, bizim Konstitusyon demokratiymızda icraçı hökumətin digər ölkəyə hücum hüququ qanunla məhdudlaşdırılıb», deyə Protect Democracy nümayəndəsi Castin Florens bəyan edib.
Nəşr xatırladıb ki, Tramp Administrasiyası bu hadisədən sonra hələ də Şaytar aerodromuna hücumun qanuniliyini göstərən əsas təqdim etməyib.
Xatırladaq ki, aprelin əvvəllərində ABŞ Silahlı Qüvvələri Suriyanın Homs şəhərində Şayrat bazasına Tomahawk qanadlı raketləri ilə hücum etmişdi. Raket hücumu aprelin 4-də İblib şəhərində kimyəvi hücumla əlaqələndirilirdi. Müxalifət bu hücumda hökuməti ittiham edir. Rəsmi Dəməşq ittihamları rədd edir. Homs qubernatoru Taləl əl-Bərrazi aviabazanın bombalanması nəticəsində 5 nəfərin həlak olduğunu, 7 nəfərin isə yaralandığını bəyan edib. Onun sözlərinə görə, həmin baza İŞİD-lə mübarizədə, xüsusən Palmiranın azad olunmasında önəmli rol oynayıb. Onu da qeyd edək ki, "Şəyrat" aerodromuna "Tomaqravk" tipli 50 raketin atılmasından dərhal sonra terorçular da Homs şəhərinə soxulub.