SON DƏQİQƏ

Cənubi Koreya prezidenti Şimali Koreyaya səfər edəcəyini açıqladı

Tarix:10-05-2017, 12:49

SonXəbərlər-in verdiyi məlumata görə, Cənubi Koreyada prezident seçkilərində qalib gəlmiş Demokratik Partiyanın namizədi Mun Çje İn Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər etmək istəyini ortaya qoyub. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Mun Çje İn bildirib ki, KXDR-ə səfər etmək üçün əlverişli şərait yaranarsa, bundan istifadə edəcək: "Münasib şərait yaranarsa, Şimali Koreyaya gedərək bu ölkənin lideri ilə danışıqlar aparamağa hazıram".

Cənubi Koreyanın yeni dövlət başçısı həmçinin əlavə edib ki, ABŞ və biznes ortaqları olan Çinlə ölkəsini üzləşdirən təhlükəsizlik problemini aradan qaldırmaq üçün tez bir zamanda danışıqlara baslayacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN