Kanada hökuməti İranla 2012-ci ildə Ottavanın təşəbbüsü ilə qırdığı diplomatik əlaqələrin bərpasına başladı. SonXəbərlər-in TASS-a istinadla məlumatına görə, bu barədə CBS telekanalı xəbər yayıb.
Kanal Kanada XİN-dəki mənbəyə istinadla bildirib ki, bu həftə qurumun nümayəndələri İrana səfər edəcək.
CBS həmçinin bildirir ki, XİN rəhbəri Xrist Friland bazar ertəsi günü iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı aparıb.
Qeyd edək ki, Kanada 2012-ci ilin sentyabr ayında, ölkənin sabiq baş naziri Stiven Harperin qərarı ilə İranla diplomatik əlaqələri dayandırmış və Tehrandakı səfirliyini bağlamışdı. Kanadanın cari hökumət başçısı Castin Tryudo əlaqələri yenidən bərpa etmək niyyəti barədə bəyan etmişdi.