ABŞ prezidenti Donald Tramp mayın 16 türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanı qəbul edəcək. SonXəbərlər-in TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ağ Evin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, liderlər ikitərəfli əlaqələrin möhkəmlənməsi və terrorizmlə mübarizədə əməkdaşlığın dərinləşməsi məsələsini müzakirə edəcəklər.
Görüşdə əsas mövzulardan birinin Vaşinqtonun Suriyada kürd birləşmələrinə silah təchizinin həyata keçirilməsi ilə bağlı olacağı gözlənilir.