SonXəbərlər-in verdiyi məlumata görə, Fransa tanınmış mətbuat orqanlarının rəsmi internet səhifələri hakerlərin hücumuna məruz qalıb. Belə ki, aralarında "Le Figaro" və "Le Mond" qəzetləri də daxil olmaqla bir çox KİV-in internet səhiflərindən istifadə mümkünsüz olub.
Buna səbəb isə haker qrupunun "Cedexis" provayder şirkətinin serverini "DDoS" kiber hücumu nəticəsində dondurmasıdır. Fransanın tanınmış media orqanlarının server bazası olan "Cedexis" haker hücumdan sonra bir müddət fəaliyyətini dayandırıb.
Hazırda server işini bərpa edib və yerli polis kiber hücumu reallaşdıran hakerlərin axtarışlarına başlayıb.