SonXəbərlər-in "Zvezda" TK istinadla verdiyi məlumata görə, Suriyada, Hələbin infrastrukturunun bərpası zamanı mühəndislər kanazizasiyalarda İŞİD terror təşkişlatının yeraltı yollarpını aşkarlayıb. Hazırda şəhərdə dinc sakinlər üçün həyat şəraitlərinin yaxşılaşdırılması uğrunda quruculuq işləri gedir.
Bundan başqa şəhərin şərq hissəsində, hansı ki, terrorçuların əlində idi, 40 məktəb bərpa olunub, binalara elektrik verilişinə başlanılıb. Bəzi siniflərdə artıq dərslər keçirilir.
Müharibəyə qədər Hələbdə 4 min məktəb olub. Lakin terrorçuların fəaliyyəti nəticəsində onların hamısına zərər dəyib. Terrorçular məktəblərdən dayanq məntəqələri, qərargah və silah anbarı kimi istifadə ediblər. Rusiyalı istehkamçılar şəhəri minalardan təmizlədikdən sonra inhaatçılar təmir işlərinə başlayacaqlar.