Fransanın desant kateri Quam adasında saya oturub, bu da ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya hərbi dəniz təlimlərinin təxirə düşməsinə səbəb olub. FaktXəbər-in TASS-a istinadla verdiyi məlumata görə, bu xəbəri Amerika HDQ-nin bu ərazidəki nümayəndəsi leytenant Tim Qorman təsdiqləyib.
Bildirilir ki, desant katerinin mərcan qayalara çırpılmayıb, yanacaq axmayıb və zərərçəkən yoxdur. Təlimlərdə «Mistral» nəqliyyat desant gəmisinin iştirakı gözlənilir.