SON DƏQİQƏ

Maduro: Venesuela müxalifəti dinc sakinlər qarşı snayperdən istifadə edir

Tarix:12-05-2017, 11:01

Mütəmadi olaraq  hökumət əleyhinə nümiayişlər təşkil edən  Venesuela  müxalifəti  dinc sakinlərə qarşı snayperdən istifadə edir. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, Bolivarian Respublikasının prezidenti  Nikolas Maduro bu barədə bəyan edib.

 

O, bir müddət əvvəl küçə aksiyalarında hakimiyyətin tərəfdarlarının və əleyhdarlarının keçirdikləri aksiyalarda insanların ölümünü belə şərh edib: «Mayın 10-da  Meridedə gənc fəhlə (Anderson Duarte) həlak olub. Onu  Demokratik Birlik Blokunun (müxalif koalisiya) bir neçə rayonda dinc sakinləri öldürmək üçün qoyduqları snayperlərdən biri güllələyib».

 

Qeyd edək ki, aprelin əvvəlində  Venesuelada hökumət əleyhinə genişmiqyaslı  küçə aksiyaları həyata keçiriir. «Sosial Münaqişələrin Monitorinq Mərkəzi» QHT bəyan edib ki, mayın 9-na qədər 44 nəfər belə aksiyalarda dünyasını dəyişib, mindən çox insan yaralanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN