SON DƏQİQƏ

Trampın FTB rəhbərini işdən çıxarmasının səbəbi məlum oldu

Tarix:12-05-2017, 14:36

SonXəbərlər-in verdiyi məlumata görə, ötün gün vəzifədən kənarlaşdırılan ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Kominin istefaya göndərilmə səbəbi məlum olub. "New York Times" qəzeti yazır ki, Ceyms Kominin işdən çıxarılmasına əsas səbəb onun Donald Trampa sədaqət andı içməkdən imtina etməsindədir.  

Bildirilir ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Ceyms Komini Ağ Evə nahara dəvət edib. Süfrə arxasında Tramp Komidən soruşub ki, ona qarşı sədaqət nümayiş etdirəcəmi? FTB rəhbəri isə cavabında deyib ki, Tramp ondan yalnız səmimiyyətə ümid edə bilər.

Ceyms Kominin Donald Trampa göstərə bilməyəcəyi sədaqət onun işindən kənarlaşdırılmasına əsas rol oynayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN