SON DƏQİQƏ

Ukrayna nümayəndəliyi ABŞ-da rəhbərliklə görüş üçün 400.000$ ödəyib

Tarix:12-05-2017, 15:42

Ukrayna nümayəndəliyinin ABŞ Ali rəhbərliyi ilə görüşü üçün Kiyev 400 min dollar ödəyib. SonXəbərlər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Ali Radanın deputatı Andrey Artemenko bu barədə elan edib.

 

«Ukrayna tərəfi bu görüş üçün Amerikanın məşhur lobbi firmasına vergiödəyicilərin pullarını - Ukrayna xalqından oğurlanan 400 min dollar pul ödəyib», - deyə Artemenko özünün facebooksəhifəsində bəyan edib.

 

Onun sözlərinə görə, bu barədə informasiya yarım il ərzində Amerika qanunvericililiyinə uyğun olaraq, ABŞ Ədliyyə Nazirliyinin rəsmi resurslarında görünəcək.

 

 

Artemenko iddia edir ki, Ukrayna nümayəndəliyinin Tramp və Penslə görüşü ümumiyyətlə planlaşdırılmamışmış. Deputat əlavə edib ki, 6 dəqiqə çəkən görüşün təşəbbüskarı Ağ Ev olub.

 

Ukrayna XİN-i öz növbəsində bəyan edib ki, Trampla görüş üçün Kiyev pul xərcləməyib və bu işdə lobbiçilərdən istifadə etməyib. 

 

Xatırladaq ki, dünən tramp Ukrayna XİN-in rəhbəri Pavel Klimkini qəbu etmişdi. Bundan əlavə Klimkin vitse-prezident Maykl Penslə görüşüb. Söhbətin əsas mövzusu Donbasdakı vəziyyət olub. Kiyev bu görüşü «dəstək üçün güclü siqnal» adlandırıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN