"Biz İraqa demokratiya gətirmək üçün deyil, Səddam Hüseyni devirmək üçün getmişdik". SonXəbərlər-in verdiyi məlumata görə, bu sözləri ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays çıxışı zamanı deyib. Brookinqs İnstitutundakı tədbirdə çıxış edən sabiq amerikalı nazir bildirib ki, ABŞ öz təhlükəsizliyini təmin etmək üçün Əfqanıstan və İraqa müdaxilə edib.
Sabiq prezident Corc Buşun dövründə əvvəlcə milli təhlükəsizlik müşaviri, daha sonra 2005-2009-cu illərdə ABŞ-ın XİN rəhbəri vəzifəsini icra edən Kondoliza Rays, 2001-ci ildə Əfqanıstan və 2003-cü ildə isə İraq işğal olunarkən bu ölkələrə demokratiya gətirmək məqsədinin olmadını bildirib: "Bu, ABŞ-ın təhlükəsizlik problemi idi. Mən heç vaxt deməmişəm ki, Buş İraq və Əfqanıstana demokratiya gətirmək üçün hərbi gücdən istifadə edib".