SON DƏQİQƏ

Səddam dövrünün zabiti olmuş İŞİD-in "beyni" Mosulda məhv edilib

Tarix:15-05-2017, 10:21

Səddam Hüseyn dövrünün zabiti olmuş İŞİD liderinin müavini İraqın Mosul şəhərində məhv edilib. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Əl-Sumariya telekanalı Xalis şəhər merinə istinadla xəbər yayıb.

 

Telekanal terrorçunun tam adını və zərərsizləşdirildiyi tarxi açıqlamayıb, ancaq əvvəllər onun ehtimal ki, terrorçu Əbu Musaba Zərkavinin adına analoq kimi «Xalis şəhərinin Zərkavisi» kimi tanındığını bildirib. Qeyd edək ki, Musaba Zərkavi  2003-cü ildə  Səddam Hüseynin devrilməsindən sonra  İraqda İŞİD-in təməlini qoyan «Əl-Qaidə»nin bir bölməsini yaratmışdı.

 

«Əvvəlki rejimdə  güc strukturlarında  briqada  generalı olan terrorçunun və onun 4 köməkçisinin Mosulun qərb hissəsində məhv edildiyi barədə təsdiq olunmuş xəbər var.  Öldürülən şəxs 2006-2007-ci illərdə Xalis şəhərində «Əl-Qaidə»nin «əmiri» olub», - şəhər meri kanala bildirib.

 

Məmurun sözlərinə görə, terrorçu  sonrakı 10 ildə  İraqın müxtəlif bölgələrində fəaliyyət göstərib və sonra İŞİD-in «paytaxtı» Mosulda «yüksək vəzifə» alıb.

 

«Öldürülən şəxs  Əl-Bağdadinin Mosulun qərbində ən vacib köməkçilərindən olub. O, İŞİD müdafiə xattində planlaşdırıcı beyin olub», - deyə mer bəyan edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN