Şimali Koreya lideri Kim Çen In bundan sonra da raket sınaqlarına davam etmək istəyir. Bu, ABŞ və vassalları düzgün qərar verənə qədər davam edəcək. SonXeberlər-in Life.ru-ya istinadla verdiyi məlumata görə, uyğun fərman mayın 14-də «Xvason-12» raketinin sınağından sonra raket sənayesində texnoloq və alimlərə verilib.
Kim Çen In əlavə edib ki, KXDR böyük hərbi potensiala malik nüvə nəhəngidir.
«ABŞ bizə qarşı hərbi provokasiyaya cəsarət edərlərsə, biz cavab verməyə hazırıq», - deyə Şimali Koreya lideri bildirib.
Xatırladaq ki, mayın 14-də Şimali Koreya orta mənzilli «Xvason-12» ballistik raketinin sınağını keçirib. KİV-də bildirilir ki, təlimlər uğurlu keçib.