SON DƏQİQƏ

Avropada 63 min uşaq küçələrdə təkbaşına yaşayır

Tarix:15-05-2017, 11:02

SonXəbərlər-in verdiyi məlumata görə, ökələrində baş verən müharibə və siyasi böhran səbəbindən Avropaya üz tumuş azyaşlların sayı açıqlanıb. Avropanın Statistika Təşkilatı olan "Eurostat" açıqlayıb ki, 2016-ci ildə yanlarında valideyn və ya yetkin şəxs olmayan 63 min 300 azyaşlı Avropa ölkələrinə müxtəlif üsullarla daxil olub.
 
2015-ci ildə isə bu rəqəm 96 min nəfər təşkil edib.

"Eurostat" rəsmiləri Lüksemburqda çıxışında bildirib ki, 2016-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrinə sığınan qaçqın uşaqların 89 faizi oğlan olub və uşaqların 68 faizinin yaş həddi 16-17 yaş arasında dəyişib.

Tək başlarına ölkələrindən qaçan uşaqların 21 faizinin yaş həddi 14-15 arasındadır. Rəsmi rəqəmlərə görə, Aİ ölkələrinə qaçan uşaqların 38 faizi Əfqanıstan və 19 faizini isə Suriya sakinləri təşkil edir.
 
Ən çox qaçqın uşaq Almaniyada yerləşdirilib. Almaniyada 2016-ci ildə 36 min 600 uşaq qaçqın kimi qeydiyyata düşüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN