Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşəcək.
SonXəbərlər-in məlumatına görə, görüş barədə jurnalistlərə açıqlama verən Ərdioğan, "Cənab Trampla keçirəcəyimiz görüş vergül deyil, nöqtə hökmündə olacaqdır", - deyib.
Ərdoğanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii qaynaqlar naziri Berat Albayrak ilə müdafiə naziri Fikri İşıq müşayiət edir.
Görüşdə ABŞ-ın Suriya kürdlərinə silah verməsi məsələsi əsas gündəm olacağı gözlənilir. Bundan əlavə, FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya məsələsi də əsas mövzulardan biridir.