ABŞ və Böyük Britaniyanın ardınca Avstraliya da beynəlxalq reyslərdə notbuk daşınmasını qadağan edə bilər. SonXeberlər-in verdiyi məlumata görə, bu barədə Daily Mail ölkənin baş naziri Malkolm Ternbulla istinadla xəbər verib.
Qadağaya səbəb, terrorçuların elektron partlayıcı qurğuları dizüstü kompyuterlərdə gizlətmə təhlükəsidir.
Xatırladaq ki, mart ayında ABŞ Yaxın Şərq və Afrika ölkələrindən gələn sərnişinlərə elektron qurğular daşımasını qadağan etmişdi. Böyük Britania isə bu tədbiri, Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanına qarşı görüb.