"Donald Tramp Ağ Evdə Sergey Lavrovla görüş zamanı ona "İŞİD"lə bağlı gizli və vacib məlumat verib". SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti yazıb. Nəşrin əldə etdiyi məlumata görə, ötən həftə Ağ Evdə baş tutan görüşdə ABŞ prezidenti Donald Trampın Rusiyanın XİN rəhbbəri Sergey Iavrova ötürdüyü məlumatlar "İŞİD"lə bağlı planlarda problemlər yaradıb.
Qeyd olunur ki, Trampın Lavrova verdiyi məxfi məlumatdan ABŞ-ın yüksəkçinli rəsmiləri də xəbərsiz olub.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster yayılan informasiyanı təkzib edib və Donald Trampın məlumat sızdırması xəbərini yalan adlandırıb.