SON DƏQİQƏ

İŞİD İstanbul boğazından keçən Rusiya gəmilərinə raketlə hücum etmək istəyirmiş

Tarix:16-05-2017, 14:13

SonXeberlər-in verdiyi məlumata görə, Türkiyə kəşfiyyatı İŞİD terror təşkilatının İstanbul boğazından keçən Rusiya gəmilərinə qarşı raket hücumu planlaşdırdığını ortaya çıxıb. Təyyarənin vurulmağı və Rusiya səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı iki ölkə arasında münsibətlərin həssas olması, həmçinin yeni bir gərginliyin yaşanmaması üçün boğazda təhlükəsizlik yüksək səviyyəyə qaldırılıb: Sudan mühafizə katerləri, havadan isə polis helikopterləri Rusiya gəmiilərini müşaiyyət ediblər.

 

İstanbul polisi Rusiya hərbi gəmisi "Sezar Kunnikov" keçdiyi ərəfədə, quruya ən yaxın məsafədə və hücumun həyata keçirilə biləcəyi 146 ayrı ərazidə təhlükəsizlik məntəqəsi qurub. 

 

Bundan başqa İstanbul polisi İŞİD-in əməliyyatlarına qarşı bir sıra tədbirlər həyata keçirib, xeyli terrorçu saxlanılaraq həbs olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN