SonXəbərlər-in "RBK"istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko əhalini Rusiya təsirindən qorumaq məqsədilə genişmiyaslı addımlar atıb. Belə ki, Poroşenko xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.
Ukrayna prezidentinin verdiyi fərman 2017-ci il mayın 15-dən etibarən Rusiya və Ukraynanın 468 şirkəti, eləcə də 1228 fiziki şəxs barəsində sanksiyaların tətbiqini nəzərdə tutur.
Yeni qərara əsasən, Ukrayna ərazisində "Yandeks" MMC və Mail.Ru Group MMC internet resurslarından istifadə etmək mümkün olmayacaq. Bu o, deməkdir ki, Ukrayna vətəndaşları "VKontakte" və "Odnoklassniki" sosial şəbəkələrindən də istifadə edə bilməyəcək.
Qeyd edək ki, Poroşenkonun tətbiq etdiyi sanksiyadan Rusiya media orqanları da yan keçməyib. "Zvezda", "REN TV", "TVÇ", TNT, TRK, "Peterburq", RBK, NTV-PLYUS telekanalları ilə bahəm, həmçinin "Moskva Media", "Rusiya Seqondya", "Bizim Radio" və digər radiolar qadağaya məruz qalıb.