SON DƏQİQƏ

Mariya Zaxarova: Amerika qəzetlərini oxumayın

Tarix:16-05-2017, 17:00

SonXəbərlər-in verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "The Washington Post" qəzetinin qalmaqallı məqaləsinə Facebook səhifəsindən münasibət bildirib. Qəzetin "Donald Tramp "İŞİD"lə bağlı məxfi məlumatları Sergey Lavrova ötürüb" məzmunlu yazısına reaksiya verən Zaxarova deyib ki, Amerika qəzetlərini oxumağa heç kimə məsləhət görmür.

"Onları müxtəlif cür istifadə etmək olar, lakin oxumaq lazım deyil. Son vaxtlar bu artıq nəinki ziyandır, həm də təhlükəlidir",-deyə Rusiyanın XİN rəsmisi qeyd edib.
 
Onun sözlərinə görə, Amerika KİV-lərinin əvvəlcədən planı bu olub ki, Tramp-Lavrov görüşü barədə "məxfi" şəkil ajeotajı yaratsınlar. Lakin Rusiya jurnalistlərinin görüşdən şəkil paylaşması bu planın bir hissəsini pozmuş olub.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN