SON DƏQİQƏ

Azərbaycanın Polşadakı səfiri erməni təxribatçını tədbirdən qovub

Tarix:16-05-2017, 16:32

SonXəbərlər-in verdiyi məlumata görə, mayın 15-də Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Varşava Universitetinin Hüquq və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti ilə görüşüb. Görüş zamanı tədbirə gələnlər arasında erməni təxribatçı Tiqran Oqanyan da olub.

Erməni mediasının yazdığına əsasən, Tiqran Oqanyan tədbir üçün ayrılmış məkana daxil olsa da, səfir Həsən Həsənov təxribatçını tanıyıb və bayıra çıxarılmasını istəyib.

Qeyd edək ki, səfir H.Həsənov tədbir zamanı müəllim, tələbə və aspirantlara Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verərək, ilk dəfə 1472-ci ildə Polşa və Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulduğunu vurğulayıb. Daha sonra ölkəmiz tərəfindən müstəqilliyin bərpasından sonra Azərbaycanda həyata keçirilmiş dövlət quruculuğu tədbirləri, eyni zamanda Aİ-Azərbaycan münasibətləri barədə ətraflı danışıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN