SonXəbərlər-in "Qruziya-Onlyan" saytına istinadən verdiyi məlumata görə, gürcü əsilli 325 "qanuni oğru" postsovet məkanı və Avropa Birliyi ölkələrində yaşayır. Bu barədə ictimaiyyətə Gürcüstanın daxili işlər nazirin müavini Şalva Xutsişvili məlumat verib. O, bildirib ki, qeydə alınan avtoritetlərin bir qismi hazırda Gücrüstan həbsxanalarında məhbus həyatı yaşayır.
Şalva Xutsişvili həmçinin bildirib ki, ölkədə qanunsuz qazanc əldə etmək və çirkli pulların yuyulması kimi hallara rast gəldikdə, cinayətkar şəbəkələrin mövcudluğu da mümkün olur.