SON DƏQİQƏ

"Bermud üçbucağı"nda təyyarə itib

Tarix:17-05-2017, 10:26

MU-2B markalı, içərisində 4 nəfər sərnişin olan kiçik təyyarə Puerto-Rikodan Floridaya uçarkən radarlardan itib. SonXəbərlər-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ sahil xidmətinə istinadən xəbər yayıb.

 

Göyərtədə olanlar Nyu-York sakinləri olub. Onlar ikisi 4 və 10 yaşlı uşaq olub.

 

Təyyarə radarlardan itərkən Baham adaları qrupuna daxil olan Elyuteriya üzərində 7 min metr hündürlükdə uçurmuş. Sahil xidməti həmin rayonda təyyarənin axtarışına başlayıb.

 

Atlantik okeanında Florida, Bermud adaları və Puerto-Riko arasında yerləşən ərazi "Bermud üçbucağı" adlanır. Bu rayon anomal hadisələrin məskəni kimi tanınır və təyyarələrin, gəmilərin itdiyi yer kimi bilinir. Sözügedən ərazidə nəqliyyat vasitələrinin itməsi çətin naviqasiya ilə əlaqələndirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN